İlhamə Abdullayevanın idarəçiliyi ifşa olundu: Bu məktəblərdə pul yığılır?-Video
Valideynlər həyacan çağırışı edir lakin Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva isə xəbərsiz davranışı müyyən araşdırmalara zərurət yaradır.
Xəbər veridyimiz kimi məktəblərdə pul yığımı ilə bağlı ölkə mətbuatında hər gün videosujetlər yayımlanır.
Belə ki, Xırdalanda yerləşən 5 saylı tam orta məktəbdə valideynlərdən pul yığılması ilə bağlı iddialar səsləndiriblər.
Videosujetdə 5 oktyabr Beynəlxalq müəllimlər günü ilə bağlı 30-50 manatdan, fond pulu 5 manatdan gül üçün isə 3 manatdan pul yığılır. Bəzi şagird və valideynlər pul yığılmasını təsdiqlədilər.
Yayılan səs yazısını məktəbdə müəllimlər üçün ayrı, gül almaq üçün ayrı, hələ fond pulu adı altında 5 manat da əlavə pul yığılır.
Qeyd edək ki, Xırdalanda yerləşən 5 saylı tam orta məktəbin direktoru Vüsal Süleymanovdur.
Ətraflı vidosüjetdə:
Həmçinin Abşeron rayonunun Masazır kəndində yerləşən 3 nömrəli tam orta məktəbdə şagirdlərdən “summativ pulu” yığıldığı iddia edilir. Bildirilir ki, qiymətlər siniflərə görə dəyişir – aşağı siniflərdən 5 manat, yuxarı siniflərdən isə 10 manat tələb olunur.
Məktəbdə reportajda valideynlərlə yanaşı, şagirdlərlə də söhbətl aparılıb. Şagirdlərdən bəziləri toplanılan vəsaitdən təngə gəldiklərini deyiblər. Hətta pulu verməyən şagirdlərin müəllimlər tərəfindən təhdid edildiyini iddia edənlər də olub
Abşeron rayonunun Masazır kəndində yerləşən 3 nömrəli tam orta məktəbin direktoru Gülnarə Allahverdiyevadır
Ətraflı videosüjetdə:
Bütün hallarda Abşeron-Xızı Regional Təhsil İdarəsinin fəaliyyəti araşdırmalara zəmin yaradır.
Qeyd edək ki,Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevadır
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirldi ki, məktəblərdə valideynlərdən pul yığılması ilə bağlı iddialar araşdırılır. Proses bitdikdən sonra ictimaiyyətə məlumat veriləcək.