Bu gün  Milli Məclisin deputatı  İmamverdi  İsmayılovun doğum günüdür. 

XALQ.AZ xəbər portalının  kollektivi   millət vəkili İmamverdi İsmayılovu  təbrik edir, gələcək fəaliyyətində müvəffəqiyətlər arzulayırıq!

İmamverdi İsmayılov 1980–1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, 1987–1990-cı illərdə Azərbaycan Televiziyasında, 1990–1992-ci illərdə isə “Kirpi” satira jurnalında çalışıb. Hazırda Respublika Mətbuat Fondunun sədridir.

İmamverdi İsmayılov 24 noyabr 1995-ci ildən birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.  Milli Məclisin  1995–2000-ci illərdə Sosial siyasət Daimi Komissiyasının üzvü, 2000–2005-ci illərdə İnsan hüquqları Daimi Komissiyasının üzvü, 2005–2010-cu illərdə Mədəniyyət məsələləri Daimi Komisiyyasının üzvü, 2010–2020-ci illərdə Mədəniyyət Komitəsinin üzvü olub.

2020-ci ildən isə İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvüdür.  Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya və Yeni Zelandiya, Braziliya, İsveçrə, Kolumbiya, Koreya, Qətər, Səudiyyə Ərəbistanı, Slovakiya, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

İmamverdi İsmayılov  Yeni Azərbaycan Partiyasının  Siyasi Şurasının üzvüdür.

İmamverdi İsmayılov Prezident İlham Əliyevin  8 iyun 2018-ci il tarixli Sərəncamına əsasən “Şöhrət”ordeni ilə təltif olunub.

 

 


media-728x90banner

Bənzər xəbərlər