İmamverdi İsmayılov: “Mənə göstərilən etimadı doğrultmağa çalışacağam”
eni Azərbaycan Partiyasının İdarə Heyətinin sonuncu iclasının qərarı ilə 01 sentyabr 2024-cü il tarixdə Milli Məclisə keçiriləcək seçkilərdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən növbəti dəfə namizədliyim irəli sürülüb.
Mənə göstərilən bu yüksək etimada görə Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyevə, partiyamızın rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm.
Qeyd etmək istəyirəm ki, hər zaman olduğu kimi bu dövrdə də daim seçicilərimin yanında olaraq mənə göstərilən etimadı doğrultmağa çalışacağam.
Əminəm ki, dövlət suverenliyimizin bərpasından sonra ilk dəfə olaraq keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə partiyamızın namizədləri qələbələr qazanacaq.
Yaşasın müstəqil Azərbaycan !!!
Zəfər seçkimiz mübarəkdir və uğurlu olsun !!!
Milli Məclisin deputatı
İmamverdi İsmayılov










