İş adamı Vahid Orucov Milli Məclisi məhkəməyə verdi
Azərbaycan Respublikası Milli Məclisi məhkəməyə verilib.
XALQ.AZ-ın xəbərinə görə, qurumla bağlı Səbail Rayon Məhkəməsinə müraciəti “Supplyaz” MMC-nin qanuni təmsilçisi Orucov Vahid İsa oğlu edib.
İşin mahiyyəti açıqlanmayıb. Məsələ Rəna Qafarovanın sədrliyi ilə araşdırılacaq, hazırlıq iclası oktyabrın 31-də keçiriləcək.Pravda.az










