media-88

İzmir şəhərində yerləşən Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunda “Türk Dünyasında Ortaq Türk Mediası: Problemlər və Həll Yolları” mövzusunda konfrans keçirilib.

media-9cecf754-337c-4439-a6ab-e2a3e99c667f

XALQ xəbər verir ki, Türk dünyasının müxtəlif ölkələrindən olan jurnalist və media nümayəndələrinin iştirak etdiyi tədbirdə ortaq media platformasının yaradılması, informasiya əməkdaşlığının gücləndirilməsi və dezinformasiyaya qarşı birgə mübarizə məsələləri müzakirə olunub.

media-9c00b4ab-e038-4d9c-aa0a-fe80dc75429a

Tədbirin açılışında çıxış edən rektor, professor Musa Alcı medianın cəmiyyətin inkişafında və xalqlar arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını bildirib. O qeyd edib ki, ortaq dil, tarix və mədəniyyəti paylaşan xalqların səsinin dünyaya çatdırılmasında media əsas vasitələrdən biridir və İsmayıl Qaspıralının “dildə, fikirdə, işdə birlik” ideyası bu gün də Türk dünyasının inteqrasiyası üçün aktual istiqamət olaraq qalır.

media-efe33d82-7684-4f81-867f-572034bbc8b2

Tədbirdə çıxış edən Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin İzmir bölgə müdiri Cengiz Kutlu Yüksel isə Türk dövlətləri arasında media və informasiya sahəsində əməkdaşlığın genişləndirilməsinin strateji zərurət olduğunu bildirib.

Onun sözlərinə görə, “Türk Dünyası – 2040 Vizyonu” çərçivəsində ortaq media platformasının yaradılması, xəbər agentlikləri arasında koordinasiyanın artırılması və dezinformasiyaya qarşı birgə fəaliyyət gələcək üçün mühüm əhəmiyyət daşıyır.

media-e8caf964-e985-4836-afc7-3f40a4a4f547

Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun direktoru, professor Atıf Akgün ortaq dəyərlərə əsaslanan birliyin gənc nəsil tərəfindən davam etdirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, Türk dünyasının fərqliliklərə deyil, ortaq cəhətlərə fokuslanmasının zamanı gəlib.

media-3f1988de-5878-4339-afe8-582a05109c3d

Aqil Ələsgər: “Qarabağ zəfəri Türk Dövlətləri Təşkilatının ortaq media ideyasının reallaşmasına ciddi stimul verib və bu, Türk dünyası üçün yeni çağın başlanğıcıdır…”

media-whatsapp-image-2026-04-30-at-17-20-07

Universitetin Türk Dünyası Akademik Araşdırmalar Topluluğunun sədri Muharrem Turgut isə çıxışında medianın artıq geosiyasi güc alətinə çevrildiyini qeyd edib. O bildirib ki, Türk dünyasının öz informasiya məkanını gücləndirməsi və öz hekayəsini özü yazması strateji zərurətə çevrilib.

media-ef0072f4-c479-4632-a59f-37768676333e

Panelin əsas hissəsində Türk dünyasında media inteqrasiyası, ortaq peşə standartları və rəqəmsal informasiya təhlükəsizliyi kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Paneldə “Tercüman Medya”nın baş redaktoru Gülsüm Xəlilova, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər, Şimali Makedoniya səfirliyinin xüsusi katibi və jurnalist Gülsüm Mustafova, “Türkmen TV”nin baş redaktoru doktor Murtaza Ali və jurnalist Meruert Pambetova çıxış edərək Türk dünyasında media əməkdaşlığının gücləndirilməsi və ortaq informasiya məkanının formalaşdırılması ilə bağlı təkliflərini səsləndiriblər.

media-whatsapp-image-2026-04-30-at-17-08-29

“Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər çıxışında bildirib ki, Qarabağ zəfəri Türk dünyası üçün yeni çağın başlanğıcı oldu. Onun sözlərinə görə, əvvəllər Türk dünyasının vacibliyindən daha çox danışılırdısa, bu gün artıq konkret layihələr və real əməkdaşlıqdan bəhs edilir.

media-a1eb984e-d373-425c-8da3-ab8eed7211fe

Qarabağ müharibəsi zamanı türk mediasının ortaq fəaliyyət modelinin formalaşdığını qeyd edən Aqil Ələsgər bildirib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin koordinasiyası ilə Azərbaycan və Türkiyə mediası düşmənin informasiya blokadasını effektiv şəkildə yarıb və bu birlik Türk Dövlətləri Təşkilatının ortaq media ideyasının reallaşmasına ciddi stimul verib. O əlavə edib ki, hazırda Türk Dövlətləri Təşkilatı çərçivəsində qardaş ölkələrin media qurumlarının koordinasiyalı fəaliyyəti sevindirici haldır. Bununla yanaşı, yalnız rəsmi media qurumları deyil, müstəqil medianın da ortaq layihələrdə iştirakı genişləndirilməlidir.

media-4daf0fd2-e001-4a8e-b4da-46811b76ac7f

Sonda panel iştirakçılarına təşəkkürnamələr təqdim edilib və xatirə fotosu çəkdirilib.


media-728x90banner

Bənzər xəbərlər