Jalə Əliyeva: “Azərbaycan etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirəcək….”
Ölkəmizin nüfuzu hər ötən gün daha da artır. Azərbaycan bölgənin söz sahibi, iradəsilə hesablaşılan güclü lider ölkəsinə çevrilir.
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, millət vəkili Jalə Əliyeva bildirib .
Deputat qeyd edib ki, bu faktın özü ölkəmizə dostlar qazandırmaqla bərabər, bədxahlarımızın da sayını artırır.
Amma haqqımızı qoyub, nahaq danışanlar, xeyrə yox, şərə qulluq edənlər, öz gözündə tiri görməyib gözümüzdə çöp axtaranlar, min bir vasitə ilə Azərbaycanın irəlilədiyi doğru olan yolda min bir əngəllər çıxarmağa çalışanlar birdəfəlik bilsinlər ki, cəhdləri əbəsdir, boşdur, nəticəsidir! Avropa Komissiyasının rəhbəri bəyan edib ki, mən COP 29 a qatılmayacağam. Afərin! Dünyada özlərini demokratiya “qoruyucusu”, “ədalət” tərəzisi elan edənlər, hansısa tələm tələsik, hələ mürəkkəbi qurumadan ictimailəşdirdikləri qərarlarıyla sanki Azərbaycana meydan oxuyurlar.
J.Əliyeva qeyd edib ki, əslində Ursula Leyen və onun təmsil etdiyi Avropa Komissiyası, Avropa Birliyi, bu “birlikdə” Azərbaycan əleyhinə ən çox canfəşanlıq edən Fransa və elə onlar kimi düşünən bir ovuc guya “demokrat” qaragüruh, bu addımlarla bütünlükdə dünyamızı qorumağı hədəfləyən, dünyamıza sülh, əmin amanlıq, stabillik çağırışlarına nə qədər biganə qaldıqlarını, bəşəri fəlakətlərə laqeyd olduqlarını, insanlıq və humanizmdən kasad qaldıqlarını ortaya qoyurlar. Amma bir əhəmiyyətli məqamı unudurlar ki, dünya yalnız onlardan ibarət deyil. Onlar bütün dünyanı düşündürən və həll yollarının axtarıldığı bu vacib tədbirə qatılmasalar da tədbir baş tutacaq! Azərbaycan bir daha ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlərdə olduğu kimi, bu əhəməyyətli tədbiridə uğurla həyata keçirirək, dünyaya regionda sülh və etibarlı tərəfdaş olduğunu göstərəcək deyə millət vəkili qeyd edib.










