Jalə Əliyeva Prezidentə təşəkkür etdi – Video
Milli Məclisin 14 mart 2025-ci il tarixli iclasında Nazirlər Kabinetinin 2024-cü ili əhatə edən Hesabatı dinlənildi.
XALQ.AZ xəbər verir ki, İclasda çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva bildrib ki, Prezident İlham Əliyevin bir başa göstərişi və rəhbərliyi ilə ölkədə sosial-iqtisadi sahədə həyata keçirilən uğurlu layihələr icra olunur.
Jalə Əliyeva bildirib ki, deputat olduğum Zərdab rayonu, eyni zamanda Kürdəmir və Ucar rayonları üzrə şifahi və yazılı müraciətlərimiz əsasında ayrı-ayrı sahələr üzrə həllini tapan 12 məsələ və görülən işlərə görə minnətdarlığımızı bildirdim.
Millət vəkili Jalə Əliyevanın çıxışını təqdim edirik:
Hörmətli xanım Sədr, hörmətli Baş Nazir, hörmətli Hökümət üzvləri, deputat həmkarlar və media nümayəndələri.
Müzakirə etməkdə olduğumuz qanun layihəsi bir daha ölkəmizin inkişafından, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanan iqtisadi inkişaf proqramlarının uğurlu icrasından xəbər verir. Bütün nailiyyətlərimizin arxasında xalqın həyat tərzinin durmadan yaxşılaşdırılmasını, ölkəmizi bölgənin və dünyanın ən əhəmiyyətli ölkəsinə çevirməyi hədəf götürən dəmir iradə siyasəti dayanır.
Bu uğurlarla fəxr edirik və ölkə rəhbərinə sonsuz minnətdarlığımızı ifadə edirik.
Müstəqil Azərbaycan dövləti artıq dördüncü onilliyini – ən yeni tarixinin ən şanlı dövrünü yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Milli Məclisin müzakirəsinə təqdim etdiyi hesabat ölkəmizin Prezidenti cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə, xüsusilə də son illərdə həyata keçirilən sosial islahatları və həmin islahatların konkret əməli nəticələrini əks etdirən dövlət sənədi kimi də mühüm əhəmiyyətə malikdir. Mən güclü Azərbaycan dövlətinin sosial-iqtisadi pasportu rolunu daşıyan bu mükəmməl sənədin – Hesabatın hazırlanmasında, eyni zamanda büdcə müzakirələri və Nazirlər Kabinetinin hesabatları zamanı səsləndirdiyimiz təkliflərin və o cümlədən yazılı müraciətlərimizin nəzərə alınaraq müsbət həllini tapmasında rolu və zəhməti olan hökümətimizə seçicilərimiz adından təşəkkürlərimi çatdıraraq, deputatı olduğum Zərdab, Kürdəmir və Ucar rayonları üzrə son dövrdə görülən işlərə diqqət çəkmək istəyirəm.
1.Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanan regionların sosial-iqtisadi inkişafı planı çərçivəsində həyata keçirilən qazlaşdırma işlərinin Zərdab rayonunda, o cümlədən rayonun Gəndəbil, Ağabağı və Alıcanlı kəndlərində sürətləndirilməsi və başa çatdırılması üçün etdiyimiz müraciət müsbət həllini tapıb və nəticədə həmin kəndlər də qazlaşdırılaraq, rayonun bütün ərazisi üzrə, (sadəcə bir kənd – Sileyli kəndi istisna olmaqla) kəndlərin qazlaşdırılması işi tamamlanıb.
2.Ucar rayonunun Lək kəndində köhnə qaz xətlərinin yenilənməsi işləri davam edir.
3. Həyata keçirilən uğurlu layihələrdən biri də Zərdab rayonunun Sahhüseynli kəndinin 834 hektar əkinə yararlı torpaq sahəsinin suvarılmasında mövcud olan problemlərin aradan qaldırılması ilə bağlıdır. Həmin kənddə və ümumiyətlə Zərdab rayonunda suvarmada çətinliklərin yaşandığı haqqında daha əvvəlki illərdə əlaqədar qurumlara etdiyimiz yazılı və şifahi müraciətlər nəzərə alınmış və problemin aradan qaldırılması üçün layihə – smeta sənədləri hazırlanaraq 2023 – cü ilin sentyabrında təmir işləri başlanmışdir. Layihəyə əsasən 834 hektar ərazinin suvarılması üçün 2 km beton kanal və 3900 metr boru kəməri xəttinin çəkilməsi nəzərdə tutulmuşdu. 2023- cü ilin sentyabrında başlanan işlər 2024- cü ilin aprel ayına qədər uğurla davam etdirilərək, əraziyə 2 km beton kanal çəkildi. Ötən ilin noyabr ayında Milli Məclisdə büdcə müzakirəsi zamanı, layihənin ikinci hissəsi olan və əraziyə 3900 metr boru xəttinin çəkilməsini nəzərdə tutan inşaat işlərinin tezliklə başladılması ilə bağlı Nazirlər Kabinetinə etdiyimiz müraciət də öz müsbət həllini tapdı və qısa bir zamanda, 2024 – cü ilin dekabr ayının 15-də artıq tikinti-bərpa işləri başladıldı. Bu gün 3900 metr su boru xətinin çəkilişi işləri sürətlə davam etdirilir.
4.Zərdab rayonunun yuxarı zona kəndlərində və yay mövsümündə Türyançayda su tıminatını həyata keçirmək məqsədi ilə 2024 – cü ildən köhnə ÇTZ kanalının əsaslı təmirinə başlanılmışdır və hazırda işlər davam edir.
5.Ucar rayonunun Lək, Xələc, Zərdab rayonunun isə Alıcanlı, Çallı, Məlikumudlu, Təzəkənd və Qoşaba kəndlərinin əkinə yararlı torpaqlarının suvarılmasında olan problemləri aradan qaldırmaq üçün Alıcanlı-1 nasosstansiyasında kohnə nasos yenisi ilə əvəz edilmiş,, digər nasoslar isə əsaslı təmir olunmuşdur. Eyni zamanda bu məqsədlə Qızlıq kanalının da əsaslı tımiri üçün layihə – smeta sənədləri hazırlanmışdir.
6.Ucar rayonunun Lək kəndinin 750 ha əkinəyararlı pay torpaqlarının suvarılmasında olan problemləri qismən aradan qaldırmaq məqsədi ilə Göyçay çayı üzərindəki duzel nasosu elektrik nasosu ilə əvəz edilmişdir.
7.Kürdəmir rayonunun Söyüdlər kəndi ərazisində qəzalı vəziyyətdə olan suötürücü latoklar yenilənmişdir.
8.Zərdab rayonunun internet sisteminin ən müasir standartlarla yenidən qurulmasına başlanıb və qısa müddətdə həm rayonun mərkəzi ərazisində, həm də bütün kəndlərdə işlər tamamilə yekunlaşıb. Rayonun sadəcə bir ərazisində – Bəyimli qəsəbəsində isə işlər sürətlə davam etdirilir və yaxın günlərdə burada da işlər yekunlaşacaqdır.
9.Qəzalı vəziyyətdə olan Zərdab rayonunun Dəliquşçu kənd orta məktəbi üçün yeni məktəb tikintisinə başlanılmışdır və hazırda işlər davam edir.
10.Rayonun odunla isidilən Şıxbağı tam orta məktəbi qazlaşdırılmışdır.
11. 2024 – cü ildə Zərdab rayonunun Körpükənd, Salahlı, Əlibəyli, Yuxarı Seyidlər məktəbləri təmir olunmuşdur. Rayonun Sahhüseynli kənd uşaq bağçasında isə təmir işləri davam edir. 2025- ci ilin yanvar ayından şəhər 3 saylı və Böyük Dəkkə kənd uşaq bağçalarının təmirinə başlanmışdır.
12.Rayonun Gəndəbil, Ağabağı, Şıxbağı və Nəzəralılı kəndlərini mərkəzi yolla birləşdirən yol əsaslı təmir olunaraq, 2024-cü ildə təhvil verilmişdir.
Müraciətlərimizə həssaslıqla və diqqətlə yanaşaraq, bütün bu sadaladığımız işlərin plana salınması və həyata keçirilməsində diqqətini və yardımlarını əsirgəməyən, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə layiqincə əməl edən bütün əlaqədar qurum və quruluşlara, hökümətimizin bütün üzvlərinə seçicilərimiz adından bir daha minnətdarlığımızı çatdırır, inkişafımızın, nailiyyətlərimizin bariz aynası olan bu mükəmməl sənədə səs verəcəyimi bildirirəm.
Və sonda mən də qarşıdan gələn Novruz günləri münasibətilə başda dövlətimizin rəhbəri, Xilaskar Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev olmaqla, dövlətimizi, hökümətimizi, parlamentimizi, bütün xalqımızı təbrik edir, uğurlarımızın davamını arzulayıram.