Sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsindən deputatlığa namizəd Jalə Əliyeva seçiciləri ilə görüşlərini müvəffəqiyyətlə davam etdirir.

XALQ.AZ xəbər verir ki, Jalə Əliyeva bu dəfə seçki dairəsinə daxil olan Gəndəbil, Ağabağı , Nəzəralı kənd sakinləri ilə görüşüb, həmçinin kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzərək xatirələrini ehtiramla yad edibdir. Şəhidlərimizin xatirəsinin hər bir Azərbaycan vətəndaşı tərəfindən daim əziz tutulduğunu diqqətə çatdırıb.

Seçicilərin aktivlik nümayiş etdirdiyi görüşdə vəkillər Gülağa İsgəndərov, Zemfira Eyvazova, Könül Rəhimova tərəfindən ölkəmizdə gedən inkişaf prosesi, hərtərəfli islahatlar haqqında müzakirələr aparılıb, seçiciləri maraqlandıran məsələlər dinlənilib və onların sualları cavablandırlıb.

Seçicilərlə görüş zamanı Jalə Əliyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafı, həyata keçirilən sosial layihələr, genişmiqyaslı islahatlar, görülən işlərin uğurlu nəticələri haqqında seçicilərə ətraflı məlumat verib. Jalə Əliyeva bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı həyata keçirilən islahatların, sosial layihələrin müsbət təsirini öz həyatında hiss edir.

Deputatlığa namizəd vurğulayıb ki, ölkəmizin sosial-iqtisadi inkişafı Zərdab rayonunda da özünü aydın şəkildə biruzə verir. O qeyd edib ki, Zərdab rayonunda və onun kəndlərində həyata keçirilən abadlıq-quruculuq işləri, infrastruktur layihələri insanların rahat həyat şəraitini təmin etməklə yanaşı, rayonunun qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.

Görüşlər zamanı çıxış edən seçicilər də deyilən fikirlərlə razı olduqlarını bildiriblər, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən aparılan genişmiqyaslı quruculuq işlərini yüksək qiymətləndiriblər.

Seçicilər, həmçinin deputatlığa namizəd məhz Jalə Əliyevanın onların etimadını doğruldacağına inam ifadə ediblər və sentyabrın 1-də ona səs verəcəklərini diqqətə çatdırıblar.

Sonda xatirə şəkli çəkdirilib.

 

image-img_20240824_100147 image-img_20240824_100106 image-img_20240824_100153_1 image-img_20240824_100532 image-img_20240824_100539 image-img_20240824_100835 image-img_20240824_100840 image-img_20240824_101503 image-img_20240824_101002 image-img_20240824_101801 image-img_20240824_101937 image-img_20240824_101900 image-img_20240824_100716 image-img_20240824_100628 image-img_20240824_102251 image-img_20240824_102514 image-img_20240824_105111 image-img_20240824_105922 image-img_20240824_110624 image-img_20240824_111319 image-img_20240824_111350 image-img_20240824_111419 image-img_20240824_111554 image-img_20240824_111650 image-img_20240824_111553 image-img_20240824_111732  image-img_20240824_112043 image-img_20240824_112310

****

Növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin təşviqat kampaniyası aktiv şəkildə davam edir. Seçicilərin də prosesdə aktiv şəkildə iştirakı builki seçkilərin daha yüksək səviyyədə keçəcəyinə əminlik yaradır.

XALQ.AZ xəbər verir ki,namizədlərin keçirdiyi görüşlərə seçicilərin böyük maraq göstərməsi yeni parlamentin işinin daha effektiv olacağına işarədir. Namizədlər də seçiləcəkləri halda seçicilərin qaldırdığı məsələləri, yerli problemləri parlament tribunasından səsləndirəcəyinə, məsələlərin həllinə çalışacaqlarına əminlik ifadə edirlər. Ümumi olaraq 1 sentyabrda baş tutacaq növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası uğurlu formada gedir.

95 saylı seçki dairəsindən deputatlığa namizəd Jalə Əliyeva bu gün seçicilərlə növbəti görüşünü keçirib.Yüzlərlə seçicinin qatıldığı görüşdə namizədin vəkilləri çıxış edib və seçicilərə namizədin platforması, qarşısına qoyduğu məqsədlər haqqında geniş məlumat veriblər.

Görüşdə çıxış edən deputatlığa namizəd Jalə Əliyeva Zərdablıların səsini yüksək tribunadan çatdıracağını, bu məqamın onun məsuliyyətini daha da artırdığını deyib.O bildirib ki, Milli Məclis qanunverici orqandır və bir hüquqşünas kimi qanun layihələrinin hazırlanmasında və qəbulunda faydalı olacaq, Zərdab gənclərin işlə təmin olunmasında, kiçik və orta biznesin inkişafına şərait yaradılmasında millət vəkili olaraq, bütün imkanlardan istifadə edəcək.

Görüş müzakirə formasında davam etdirilib, seçiciləri maraqlandıran bir sıra məsələlərlə bağlı deputatlığa namizədin mövqeyi dinlənilib. Daha sonra çıxış edən seçicilər Jalə Əliyevaya inandıqlarını, ona səs verəcəklərini bildiriblər.

Görüşün sonunda deputatlığa namizəd Jalə Əliyeva seçicilərin suallarını cavablandırıb.





media-728x90banner

Bənzər xəbərlər