Jalə Əliyeva Türkiyə aydınlarla Zərdabda
Avrasiya İqtisadi Əlaqələr Birliyinin,Türkiyə Mədəniyyət və Turizi Nazirliyinin Türklər və Əqrəba İcmaları İdarəsi, Həsən bəy Zərdabi İrs Mərkəzi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə mayın 24-dən start götürən “Azərbaycan-Türkiyə könül elçiləri” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Avrasiya İqtisadi Əlaqələr Birliyinin İdarə Heyətinin sədri Hikmət Ərən və rəhbərlik etdiyi nümayəndə heyəti Zərdaba gəlib.
XALQ.AZ-ın məlumatına görə, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Həsən bəy Zərdabi İrs Mərkəzinin həmtəsisçisi Jalə Əliyevanın müşayiəti ilə Zərdaba gələn qonaqlar rayon icra hakimiyyətində hörmətlə qarşılanıblar.
Deputat Jalə Əliyeva “Azərbaycan-Türkiyə Könül Elçiləri” layihəsinin iki qardaş ölkə arasındakı sosial, ictimai, iqtisadi sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına yardımıçı olmaq məqsədilə yaradıldığını bildirib. Vurğulayıb ki, bu əməkdaşlıq Azərbaycan ilə Türkiyə arasında vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri, ictimayi-siyasi xadimlər, ziyalılar, habelə kiçik və orta sahibkarlıq nümayəndələrinin bir-biri ilə geniş əlaqələrin qurulmasına xidmət edəcək.
Vurğlanıb ki, uğurlu əməkdaşlığa Zərdab və Türkiyənin Karaman şəhərlərinin bir-biri ilə qardaşlaşması, o cümlədən Türkiyədə Həsən bəy Zərdabinin adına parkın salınması kimi layihələr daxildir. Nümayəndələr Zərdab şəhərindəki Heydər Əliyev parkında müasir Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, heykəli önünə çiçəklər düzüblər. Heydər Əliyev Mərkəzinə gələn qonaqlar mərkəzin fəaliyyəti ilə tanış olub, onlara Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən sənəd və fotoşəkillər barədə ətraflı bilgilər verilib.
Sonra qonaqlar Zərdabın Hüseynxanlı kəndində Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olanların xatirəsinə salınan mini parkın açılışında iştirak ediblər. Parkda xatirə lövhəsi və bulaq da istifadəyə verilib. Açılış mərasimində rayon icra hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev, deputat Jalə Əliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Zərdab bölməsinin rəisi Asif Əhədov, “EkoAvrasiya” İqtisadi Əməkdaşlıq Cəmiyyətinin nümayəndəsi Kemal Güney çıxış ediblər. Çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qısa müddətdə – 44 gündə qazanılan qələbənin tarixi əhəmiyyətindən, bu qələbədə Türkiyənin, türk xalqının mənəvi dəstəyindən ətraflı danışılıb, torpaqlarımızın azad edilməsində şəhidlik zirvəsinə ucalan oğulların qanının yerdə qalmadığı söylənilib.
Səfər çərçivəsində qonaqlar Həsən bəy Zərdabinin adını daşıyan parkı gəzib, ev muzeyində olublar. Habelə, Kür çayının sahilində yaradılan “Sahil parkı” və rayonun digər görməli yerləri ilə də tanış olublar.














