media-inbound4812529266298927908

Milli Məclisin deputatı Jalə Əliyeva seçicilərlə növbəti görüşünü keçirib.

Görüş zamanı seçicilərin müraciətləri, onları narahat edən məsələlər və müxtəlif sosial problemləri dinlənilib.

Xalq.online xəbər verir ki, vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər diqqətlə nəzərdən keçirilib, qaldırılan məsələlərlə bağlı müvafiq izahatlar verilib və onların həlli istiqamətində aidiyyəti qurumlarla əməkdaşlığın vacibliyi qeyd olunub.

Deputat Jalə Əliyeva seçicilərlə mütəmadi görüşlərin keçirilməsinin və vətəndaşların müraciətlərinin yerində dinlənilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bu cür görüşlər əhalinin problemlərinin daha yaxından öyrənilməsi, onların həlli yollarının müəyyənləşdirilməsi və vətəndaş-millət vəkili əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Görüşdə həmçinin ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələr, regionların inkişafı, əhalinin rifahının yüksəldilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.

Deputat vətəndaşların müraciətlərinin diqqətdə saxlanılacağını, qaldırılan məsələlərin aidiyyəti üzrə araşdırılması və həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.

Görüş qarşılıqlı fikir mübadiləsi və vətəndaşların müraciətlərinin dinlənilməsi şəraitində başa çatıb.

media-inbound8290976069493589422media-inbound240928721412298604media-inbound5651577407831924627media-inbound6036000337448779779media-inbound6320886043644674572


media-728x90banner

Bənzər xəbərlər