Bundan tam 21 il əvvəl – 31 oktyabr 2003-cü il tarixində xalqın inamı və etimadıyla ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev andiçmə mərasimində bildirmişdi ki, hər bir Azərbaycanlının prezidenti olacaq, Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq qalaraq Azərbaycanın qarşısında duran bütün vəzifələri yerinə yetirəcək, taleyüklü problemimiz olan Qarabağı erməni tapdağından azad etmək üçün çalışacaq.
İlham Əliyev fəaliyyətinin ilk günündən həyata keçirtdiyi uğurlu daxili və xarici siyasətlə qısa zaman içərisində vədlərinə əməl etdi. Bütün uğurlu fəaliyyətini torpaqlarımızın azad edilməsinə yönəltdi, bir tərəfdən ölkənin iqtisadiyyatını gücləndirdi, digər tərəfdən peşəkar ordu yaradaraq tarixi Zəfərə – Azərbaycanın bütövlüyünə imza atdı. O, ata vəsiyyətinə əməl edərək Layiqli Oğul, Xilaskar Prezident, Müzəffər Ali Baş Komandan kimi adını əbədiyyən tarixə yazdı.
Prezident İlham Əliyev, dörd il əvvəl savaş meydanında olduğu kimi, indi də rəhbərliyi altında işğaldan azad edilmiş torpaqlarımızda Böyük Zəfərdən keçən dörd il ərzində quruculuq meydanında müqəddəs missiyasını davam etdirir.
Tarixi Qarabağımız yeni sima qazanmaqda, abad və firavan məkana çevrilməkdədir. Böyük qayıdış baş tutub! Vətəndaşlarımız öz tarixi Yurdlarına qayıdırlar! Bölgədə həyat qaynayır!
İlham Əliyev müstəqil Azərbaycanı 21 il ərzində qüdrətli dövlətə çevirdi. Məhz onun sayəsində Azərbaycanın dünya səhnəsindəki yeri və nüfuzu getdikcə daha da güclənir. Bu gün dünya ölkələri məhz onun yaratdığı reallıqlarla barışmağa məcburdurlar.
Bu gün durmadan bölgənin parlayan ulduzuna çevrilən Azərbaycan məhz Prezident İlham Əliyevin sarsılmaz iradəsi, dəmir biləyi ilə ən yüksək zirvələri fəth edir.
Xalqı qarşısındakı bütün vədlərini ləyaqətlə yerinə yetirən, Azərbaycan və dünya tarixinə silinməz imzasını atan Prezident İlham Əliyevin ilk dəfə Prezident kürsüsünə qalxdığı gündən bəri onunla birlikdə bütövlüyünə, suverenliyinə doğru inamla irəliləyən və məhz onun sayəsində arzularına qovuşan hər bir Azərbaycan vətəndaşını bu gün münasibətilə bir daha təbrik edir, Möhtərəm Prezidentimizə xalqı ilə birlikdə inamla irəlilədiyi bu yolda bitməz tükənməz güc və enerji arzulayırıq.
Jalə Əliyeva 
Milli Məclisin deputatı 

media-728x90banner

Bənzər xəbərlər