Jalə Əliyevanı Zərdabda belə qaşıladılar
Jalə Əliyeva təbliğat və təşviqat kampaniyasına start verdi
95 saylı Zərdab – Kürdəmir -Ucar seçki dairəsindən olan namizədlərin seçicilərlə görüşü başlayıb.
XALQ.AZ xəbər verir ki, artıq həmin dairədən deputatlığa namizəd, yeddinci çağrıış Milli Məclisin üzvülüyünə namizəd Jalə Əliyeva bu gün Zərdab rayonunun Gəlmə, Alıbəyli kəndindən olan seçiciləri ilə bir araya gəlib.
Görüş zamanı Jalə Əliyeva özü və fəaliyyəti barədə məlumat verib.
Daha sonra çıxış edən kənd sakinləri, deputat olduğu dövrdə o kəndə göstərdiyi diqqət və qayğısı, ərizə və şikayətlərə verdiyi cavabı, ərizə və şikayətlər nəticəsində onlara edilmiş köməkliklər barədə ayrı-ayrılıqda Jalə Əliyevaya öz təşəkkürlərini bildiriblər və növbəti seçkilərdə də ona səs verəcəklərini deyiblər.
Görüşün sonunda Jalə Əliyeva şikayət və sözü olan seçicilərini fərdi qaydada qəbul edib.

*****
Azərbaycan respublikasının milli məclisinə namizədlərin təbliğat -təsviqat kompaniyası davam edir. 95 saylı Zərdab-Kurdəmir-Ucar seçgi dairəsindən deputatlığa namizədliyini irəli sürən Filalogiya elmləri doktoru, professor Jalə Fazil qızı Əliyeva növbəti görüşünü Zərdab rayon İsaqbagi kəndində keçirib .ilk öncə İsaqbagi, Böyük Dəkkə və Qaravəlli kəndindən şəhid olan vətən oğullarının xatirə kompleksini ziyarət edib .

Daha sonra xanım namizəd İsaqbagi,Böyük Dəkkə,Dəliquşcu, Dəkkəoba sakinləri ilə görüş keçirib. Seçicilər qarşisinda çıxış eden Jalə xanım gələcək platformasından danışıb və gələcək günlərdə Zərdab bir neçə problemləri Milli Məclisin tribunasından sesləndirəcəyini deyib.
Qaravəlli kənd ağsaqqalı Hüseyinov Huseyin çıxış edərək Jalə xanımın əvvəlki dövrürlərdə hər zaman insanlara qayğı ilə yanaşdigini onların probleminə köməklik etdiyini vurğulayıb. Daha sonra bir neçə sakin çıxış edərək Jalə xanımın əvvəlki fəaliyyətini yüksək qiymətləndiriblər və bu seçkidə bir daha Jalə xanıma ehtimad gostərəcəklərini vurğulayıblar.

Görüş başa çatdıqdan sonra xatirə şəkili çəkilib. Təbliğat-təşviqat kompaniyası davam edir.
















