Kamal Cəfərov seçicilərin problemləri ilə bağlı nazirliklərə müraciət etdi
Noyabr ayı ərzində keçirilən Konstitusiya gününə həsr olunmuş pulsuz hüquqi yardım layihəsi və vətəndaşla görüşlər çərçivəsində ümumilikdə rayon sakinləri tərəfindən 58 müraciət daxil olmuşdur.
Bunu Milli Məclisin deputatı Kamal Cəfərov bildirib.
Millət vəkili qeyd edib ki, onlardan 53-i mərkəzi icra hakimiyyəti orqanlarına, 5-i isə yerli icra hakimiyyəti orqanına ünvanlanmışdır. Həmçinin, şəhid ailələri və qazilər ilə görüşlər nəticəsində müəyyən edilmiş problemlərin həll edilməsi üçün müvafiq orqanlara deputat sorğuları göndərilmiş və telefon danışıqları aparılmışdır deyə K.Cəfərov qeyd edib










