Kamran Nəbizadə Qazaxda 300-dən artıq məcburi köçkün ailəsinə dəstək olub.


Ölkə Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına və Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsünə “Azərbaycan Sənaye Korporasiyasının” ASC-nin baş direktoru Kamran Nəbizadə də qoşulub. Hər zaman qazaxlıların, həmyerlilərinin yanında olan Kamran Nəbizadə sözün əsl mənasında birlik, həmrəylik nümayiş etdirib.
O, Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar Qazaxda məcburi köçkün ailələrinə dəstək olub. XALQ.AZ xəbər verir ki, bu gün göstərilən dəstək sayəsində rayonun işğal altında olan Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı Əskipara kəndlərinin sakinləri üçün Qazaxbəyli kəndində salınmış yeni qəsəbədə yaşayan 304 məcburi köçkün ailəsinə gündəlik qida məhsullarından ibarət sovqat paylanılıb.
“Gənc Könüllülər”in və aidiyyatı şəxslərin iştirakı ilə həyata keçirilən xeyriyyə aksiyası qəsəbə sakinləri tərəfindən də böyük razılıqla qarşılanıb. Onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı başda olmaqla rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Ölkə başçısının “Biz birlikdə güclüyük” çağırışına dəstək olaraq, hər zaman həmyerililərin yanında olan Kamran Nəbizadəyə təşəkkürlərini çatdırıblar. Dövlətin dəstəyini hər an hiss etdiklərini qeyd edən məcburi köçkünlər bu gün bunun bir daha şahidi olduqlarını dilə gətiriblər.

На изображении может находиться: один или несколько человек и люди стоят


На изображении может находиться: 1 человек, стоит, обувь и на улице


На изображении может находиться: 1 человек, стоит и в помещении


На изображении может находиться: 1 человек, стоит и на улице


На изображении может находиться: один или несколько человек и люди стоят

На изображении может находиться: 2 человека, люди стоят

XALQ.AZ


media-728x90banner

Bənzər xəbərlər