Kanada və Ukrayna 100 illik tərəfdaşlıq haqqında deklarasiya imzalayıb
Kanada və Ukrayna 100 illik tərəfdaşlıq, həmçinin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında deklarasiyalar imzalayıb.
Xalq.online xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin ofisi məlumat yayıb.
Məlumata görə, sənədlər sentyabrın 10-da Kanadanın Alberta əyalətinin Kalqari şəhərində Kanadanın Baş naziri Mark Karni və Volodimir Zelenski tərəfindən imzalanıb.
100 illik tərəfdaşlıq haqqında deklarasiya gələcəkdə müvafiq müqavilənin imzalanmasını nəzərdə tutur. İkinci deklarasiya isə Ukrayna və Kanadada birgə layihələrin həyata keçirilməsini və müdafiə sənayesi istehsalının lokallaşdırılmasını nəzərdə tutur.
Bundan əlavə, liderlərin iştirakı ilə enerji əməkdaşlığına dair birgə bəyanat imzalanıb. Zelenskinin ofisinin məlumatına görə, bu sənəd Kanadadan Ukraynaya mayeləşdirilmiş təbii qazın tədarükünə imkan yaradacaq.










