Sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş şəxslərin siyahısı açıqlanıb.

XALQ.AZ xəbər verir ki, onların arasında keçmiş deputat Tahir Süleymanovun oğlu Mahir Süleymanov da var.

Süleymanlı Mahir Tahir oğlunun namizədliyi isə 56 saylı Şabran – Xaçmaz seçki dairəsindən irəli sürülüb.

Xatırladaq ki, Tahir Süleymanov isə 2000-2020-ci illərdə Milli Məclisin deputatı olub. Ağsaqqallar Şurasının sədr müavinidir.

 


media-728x90banner

Bənzər xəbərlər