Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var
Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
“Report”un Qərb bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Qılınclı kəndində qeydə alınıb.
Yük avtomobilinin dərəyə aşması nəticəsində sürücü aldığı xəsarətdən hadisə yerində ölüb. Onun kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.