Milli Məclisin deputatI Aydın Hüseynov kimlərə 2600 manat müavinat veriləcəyini şərh etdi

 

Azərbaycanda bir qrup şəxslərə 2600 manat birdəfəlik müavinət ödəniləcək. Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman ödənilən birdəfəlik müavinətin məbləği 2600 manat müəyyən edilib. Milli Məclisin deputatı Aydın Hüseynovun sözlərinə görə əvvəlki qanunda sözügedən uşaqlara verilən müavinət məbləğinda qeyri müəyyənlik var idi. Buna görə də dəyişikliyin edilməsi zəruri idi.


media-728x90banner

Bənzər xəbərlər