“Yaş insanın əmək fəaliyyəti üçün əngəl ola bilməz. İnsanın sağlamlığı, biliyi, bacarığı, vərdişləri imkan verdiyi təqdirdə o çalışmalıdır”. 

XALQ.AZ  xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün keçirilən komitə iclasında Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunların müzakirəsi zamanı deyib.

“Yaş məhdudiyyətini onun üçün qoymuşuq ki, gənclərə daha çox yol açılsın. Biz daha çox iş yerləri yaratmaq barədə düşünməliyik, nəinki, yaşlı insanları məcburi istefaya göndərməklə gənclərə yol açmağı. Hər il əmək bazarına 120 min gənc gəlir. Bunları biz daha da yaxşı və yüksək maaşlı işlərə yerləşdirməliyik. Parlamentdə bu məsələlərin qalxması sosial sifarişdən doğur. Ölkədə orta ömür artır. İnsanların sağlamlığı imkan verdiyi təqdirdə, onlar çalışmaq istəyirlər. Ona görə aktiv məşğulluq tədbirlərini genişləndirməliyik”, – deyə komitə sədri qeyd edib.

Həmçinin Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün keçirilən komitə iclasında Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunların müzakirəsi zamanı bildiri ki, Bu layihə ortaya çıxana qədər bizə professorlar yazılı və şifahi müraciətlər edirdilər. Deyirdilər ki, elmlər doktoru, professor niyə 5 ildən bir yenidən imtahan verməlidir?!

“Belə baxanda, imtahan götürənlər titul baxımından onlardan aşağı pillədə dayanan şəxslərdir. Beləliklə, mənəvi-psixoloji çətinliklər də yaranırdı. Bizim məqsədimiz o deyil ki, imtahanda həkimlərə çətinlik yaradan suallar qoyulsun.

Əsas humanizm məqsədilə yanaşmaq lazımdır ki, təkcə həkimlər yox, orta tibb işçilərinə də nəzəri yox, praktik suallar vermək lazımdır. Yadımdadır, biz anatomiya keçəndə o qədər ağır suallar salırdılar, sonradan o sualların 80%-i heç bizə lazım olmurdu. Yəni həm kredit ballarının toplanmasında, həm də sertifikasiyada praktik, həkimə nə lazım olacaqsa, onları suala salmaq lazımdır”, – deyə komitə sədri qeyd edib.


media-728x90banner

Bənzər xəbərlər