Komitə sədri Musa Quliyev iclasda təqdim etdiyi bu qanunda dəyişikliklər qəbul olundu
Oktyabrın 24 -də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
XALQ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.
İclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev həmin qanun layihəsinin mahiyyətindən danışıb. O, sənəddə təklif olunan dəyişikliyin dəqiqləşdirmə xarakteri daşıdığını deyib. Bildirilib ki, adıçəkilən qanunun yeni redaksiyada təqdim edilmiş 19.2-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən olunur.
Məsələ ilə bağlı müzakirələrdə deputatlar Rəşad Mahmudov, Pərvanə Vəliyeva öz fikirlərini açıqladıqdan sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.










