Korrupsiya barədə məlumat verənlərin müdafiəsi üçün yeni qanun hazırlanıb
Milli Məclisə “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsi daxil olub.
Xalq.online xəbər verir ki, layihə sabah parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında birinci oxunuşda müzakirə olunacaq.










