Külək səbəbindən təcili yardıma müraciət edənlərin sayı artıb
Bakıda iyulun 27-də güclü külək nəticəsində dörd nəfər (2 kişi, 2 qadın) xəsarət alıb.
Onlardan ikisi (1 qadın, 1 kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bir kişinin müalicəsi KTM-in Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
Bir qadına isə zəruri tibbi xidmətlər göstərilib, vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
İki nəfər isə Səhiyyə Nazirliyinin tabeliyində olan Elmi-Tədqqiat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.







