Milli Məclisin deputatı Rüfət Quliyevin təşəbbüsü, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun dəstəyi ilə Deputat qərargahında kənd təssərüfat istehsalçıları ilə Aqrar Tədarük və Təchizat ASC-nin rəsmiləri arasında işçi görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Deputat Qərargahının rəhbəri Bəxtiyar Həsənov qeyd etdi ki, son zamanlar yerli fermerlərdə məhsulların bazara çıxarılması prosessinə kömək göstərilməsi ilə bağlı müraciətlər daxil olmaqdadır. Bütün müraciətlər ciddi şəkildə Millət Vəkili Rüfət Quliyevin iştirakı işçi qruplarında təhlil edilib və qərara alınıb ki, istehsalçı və alıcı arasında körpünün qurulması, fermerlərə məlumatların çatdırılması üçün belə bir görüş keçirilsin.
Görüşdə çıxış edən Lənkəran şəhər İcra Hakimiyyətinin şöbə müdiri Afat Əsgərov ümumilikdə rayonun aqrar sahəsində son mənzərə barədə məlumat verdi. Qeyd etdi ki, yerli fermerlərin paytaxt bazarlarına çıxışı ilə bağlı bir sıra obyektiv və subyektiv problemlər mövcuddur. Bir çox hallarda fermerlərin vaxt məhdudiyyəti istehsal və satış kanallarını eyni keyfiyyətlə idarə etmələrinə problem yaradır.
Tədbirdə çıxış edən Aqrar Tədarük və Təchizat ASC-nin departament direktoru Rəşad Kərimov dövlətin alış kanalları barədə fermerlərə ətraflı məlumat verdi. Qeyd etdi ki, ASC mütəmadi olaraq kənd təssərüfatı məhsullarının yarmarkasını keçirir və orada iştirakla bağlı prosedur qaydaları təqdim etdi. Bildirdi ki, Lənkəran məhsullarına paytaxt bazarlarında xüsusi maraq və təlabat var və ASC Deputat Qərargahı ilə birlikdə tələbi qarşılamaq və fermerlərin bazarlara çıxışını asanlaşdırmaq üçün birgə çalışacaq.
Yaxın zamanlarda təşkil ediləcək kənd təssərüfatı yarmarkalarında Lənkəran fermerlərinə əlavə yerlər ayrılacağını qeyd etdilər.
Fermerləri narahat edən digər məsələ olan bazarlarda limon və feyxuanın satış qiymətlərinin aşağı olmasıda müzakirə edildi. Bazarlarda qiymətin tələb və təklif əsasında formalaşdığı vurğulandı və suni qiymət artımının iqtisadi baxımdan düzgün olmadığı qeyd edildi. ASC rəsmiləri ilə Deputat Qərargahı arasında əldə edilən razılaşmaya əsasən həftəli və aylıq bazar təhlilləri və mənzərə fermerlərin diqqətinə çatdırılacaq və fermerlərə gələcək əkin dönəmində düzgün planlaşdırma aparmalarına dəstək göstəriləcək. Bu imkan verəcək ki, bazara tələbdən artıq məhsul daxil olmasın və bazarda qiymətlər sabit qalsın.


media-728x90banner

Bənzər xəbərlər