Sentyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən çoxmərtəbəli binaları əhatə edən, 1100-dən çox sakinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

XALQ.AZ xəbər verir ki, tədbir çərçivəsində Leyla Əliyeva “IDEA” könüllüləri ilə birlikdə keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib, həyətin azyaşlı sakinlərinə hədiyyələr təqdim edib.

“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılmış digər ərazilərdə olduğu kimi, yenidən qurulmuş növbəti həyətdə də sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədilə ərazidə süni örtüklü futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaqlar üçün oyun meydançası salınıb. Eyni zamanda, həyətyanı sahədə beş söhbətgah, çoxsaylı oturacaq, quş yuvaları və pişik evləri yaradılıb. Bundan əlavə, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ ağaclar, kol bitkiləri əkilərək yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən və havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.

Məlumat üçün bildirək ki, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən etibarən “Bizim həyət” layihəsi icra olunur. Layihənin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

“Bizim həyət” layihəsi çərçivəsində bu günədək 153 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Qeyd edək ki, “IDEA” İctimai Birliyi həyətlərin abadlaşdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində sakinlərin təklif və müraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır.

Müraciətlərinizi “IDEA” İctimai Birliyinin qaynar xətti “1113” və ya e-mail ünvanına ([email protected]) göndərməyiniz xahiş olunur.

 

leyla-eliyeva-novbeti-abad-heyetin-acilisinda











media-728x90banner

Bənzər xəbərlər

Bakının Nizami rayonundakı 1 saylı və Xətai rayonundakı 3 saylı uşaq evlərinin bir qrup sakini Rusiya Uşaq Fondunun 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil etdiyi bayram tədbirlərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə iştirak edir.

  Rusiya Uşaq Fondu ölkənin müxtəlif regionlarından, eləcə də xarici ölkələrdən 10 min uşağı Moskvaya dəvət edib.

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının Nizami rayonundakı 1 saylı və Xətai rayonundakı 3 saylı uşaq evlərinin sakinləri Rusiya paytaxtının qonağıdırlar. Bir neçə gün ərzində uşaqlar Moskvanın məşhur teatrlarının onlar üçün hazırladığı tamaşalara baxacaq, Kremldə, muzeylərdə, heyvanxanada olacaqlar.

Bayram proqramının təntənəli açılış mərasimi isə Rusiya Böyük Teatrında keçirilib. Uşaqlar teatrlaşdırılmış konsert proqramına tamaşa ediblər.


media-728x90banner

Bənzər xəbərlər