İsveçrə Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiya tətbiq edib.

XALQ.AZ xəbər verir ki, hökumət Lukaşenkonun mal varlıqlarının dondurulması, İsveçrəyə girişinə qadağa qoyulması barədə qərar verib.

Ölkə Avropa İttifaqının (Aİ) 6 noyabrda Belarus rəhbərinə qarşı sanksiya qərarına qatılıb.

“Aleksandr Lukaşenko daxil olmaqla 15 nəfərə maliyyə sanksiyaları və səyahət qadağaları qoyulub”, – deyə İsveçrə hökuməti açıqlamasında bildirib.


media-728x90banner

Bənzər xəbərlər