Mahir Süleymanlı Avropa çempionu ilə görüşdü
Milli Məclisin deputatı Mahir Süleymanlı Yeni Azərbaycan Partiyasının Şabran rayon təşkilatının inzibati binasında boks üzrə Avropa çempionu Xumar Cəfərli və onun məşqçisi Yasəf Quliyev ilə görüş keçirib.
XALQ xəbər verir ki, səmimi mühitdə baş tutan görüş xoş təəssüratlarla yadda qalıb. Mahir Süleymanlı gənc idmançını Monteneqronun Budva şəhərində keçirilən yarışda qazandığı böyük uğur münasibətilə təbrik edib.
Deputat Xumar Cəfərliyə gələcək idman karyerasında yeni nailiyyətlər və daha böyük qələbələr arzulayıb.














