featured-image-33222

Rusvet

Masallı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Akif Əliyev əlillərdən rüşvət istəyir.

Bu barədə Masallıdan XALQ.AZ-a daxil olan məlumatda deyilir. Məlumatda bildirilir ki, dövlət qurumunda vəziyyət olduqca acınacaqlıdır. Bildirilir ki, Masallı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Akif Əliyev həmin idarəyə müdir təyin olunandan sonra alınan “şirinliyin” də qiyməti qalxıb. Belə ki, Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi, Çernobil əlilləri üçün nəzərdə tutulan avtomobillər onlara 2000 manata verilir.

“Şirinliy” adıyla alınan bu pullar isə məhz mərkəzin müdiri tərəfindən mənimsənilir. Həmçinin məlumatda o da vurğulanır ki, əlillərin bir qismi məcburiyyətdən bu məbləği ödəsələr də, hələ də avtomobili ala bilmirlər. Əlillərin dediyinə görə, Masallı rayon ƏƏSM-dən onlara bildirirlər ki, alınan pullar yalnız növbəyə yazılmaq üçündür. “Bizə deyirlər ki, pul verin növbəyə durun. Növbəniz çatanda avtomobiləri sizə verəcəyik”, – deyə əlilləri iddia edirlər.

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.


media-728x90banner

Bənzər xəbərlər