Mavriki Prezidenti İçərişəhəri gəzdi
BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Mavriki Prezidenti Daramber Qoxul İçərişəhəri ziyarət edib.
Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Səfər müddətində nümayəndə heyətinə İçərişəhərin qlobal mədəni irs statusu, qədim abidələrin mühafizəsi istiqamətində atılan addımlar, eləcə də yerli icmanın və sənət adamlarının bu prosesə cəlb olunması barədə geniş məlumat verilib.






















