Məşhur aktrisa sabiq deputatla sevgili imiş
Məşhur aktrisa Sabiq millət vəkili ilə sevgili imiş
Türkiyə şou-biznesində yeni və səs-küylü bir eşq iddiası gündəmi alt-üst edib.
XALQ Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Bahar” serialındakı uğurlu rolu ilə uzun müddətdir diqqət mərkəzində olan aktrisa Ecem Özkayanın şəxsi həyatı ilə bağlı maraqlı məlumatlar ortaya çıxıb.
Səhnələrin tanınmış simasının bir müddətdir ki, Türkiyə Fəhlə Partiyasının (TİP) keçmiş millət vəkili, aktyor Barış Atay ilə eşq yaşadığı iddia edilir.Hər iki məşhurun son olaraq dünyaca məşhur “Metallica” qrupunun İsveçrənin Sürix şəhərində keçirilən konsertinə birlikdə getdiyi barədə xəbərlər yayılıb. Konsert meydançasından edilən paylaşımlardan sonra sosial media istifadəçiləri bu gizli münasibət iddiasını yenidən gündəmə gətiriblər.
Qısa müddətdə böyük marağa səbəb olan bu xəbərin ardından aktyorların sosial şəbəkə hesablarındakı fotoların altına izləyicilər tərəfindən çoxlu sayda şərh yazılmağa başlanıb.
Hazırda bütün diqqətlər bu cütlüyün üzərində olsa da, nə Ecem Özkaya, nə də Barış Atay mövzu ilə bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.











