Məşhur azərbaycanlı biznesmen Rusiyada axtarışa verildi?-Yenilədi
Məlumat görə Şahin Şıxlinskinin müavini Cəsarət Orucov qeyd edib ki, yayılan məlumat yanlışdır:
“Bir nəfər agent qəsdən bu məlumatı yayıb. Axtarışa verilməyib, Şahin Şıxlinski yerindədir”.
****
“Azərbaycan-Ural” ictimai təşkilatının və Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edilib.
XALQ xəbər verir ki, bu barədə “E1.ru” nəşri məlumat yayıb.
Məlumata görə, Ş.Şıxlinski bir gün əvvəl həbs edilmiş oğlu kimi dövlət məmuruna qarşı zorakılıq etməkdə ittiham olunur.
Qeyd edək ki, ötən gün Rusiya məhkəməsi Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, xüsusi təyinatlını avtomobillə vurmaqda ittiham olunur.