Müğənni Mətanət Əsədova ailə qurmağa hazırlaşır.

XALQ.AZ xəbər verir ki, bu barədə ifaçı özü “ATV maqazin 10larla” verilişinə açıqlama verib.

Sənətçi ailə quracağı insanla toy etməyəcəyini, sadəcə kiçik yığıncaqla, dost-tanışının əhatəsində olmaq istədiyini bildirib.

Mətanət gələcək həyat yoldaşı haqqında bunları söyləyib:

“O, məni çox sevir. Mən də başlamışam onu sevməyə. Çox mədəni insandır. Ona hörmətim böyükdür. Bilir ki, mən çılğın müğənniyəm, aramızda qısqanclıq yoxdur. Sevilən xanımam”.

Orxan


media-728x90banner

Bənzər xəbərlər