VI çağırış Milli Məclisin birtərəf deputatı Məzahir Əfəndiyev sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

XALQ.AZ məlumat verir ki, deputat namizədliyini 92 saylı Göyçay – Ağdaş Seçki Dairəsindən irəli sürülüb.

Məzahir Əfəndiyev 1976-cı ildə Ağdaş rayonunda anadan olub.O, 2020-ci ildə ölkədə keçirilən parlament seçkilərində 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisin deputatı seçilib. Deputat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Regional məsələlər komitəsinin üzvü olub.


media-728x90banner

Bənzər xəbərlər