Məzahir Pənahovun oğlunun şiddətinə məruz qaldığım üçün hamiləliyim sonlandı...
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını deyir.
XALQ.AZ xəbər verir ki, o, Haqqin.az-a müraciət edərək hadisənin ABŞ-də baş verdiyini iddia edib və Azərbaycana qaçaraq həyatda qala bildiyini vurğulayıb.
Məlumata görə toydan sonra Los Angelesdə heç yerdə işləməyən Məhəmməd Pənahov üçün 2 milyon dollara Hollivud ulduzlarının yaşadığı (Bel-Air) məhəlləsində dəbdəbəli villa alınaraq orada yaşayırdıq.
Onun sözlərinə görə, həyat yoldaşı spirtli içki aludəçisi olub. Qadın bildirib ki, əri pivəni içdikdən sonra boş butulkaları onun üzərinə atıb. Bu zaman xanım hamilə olduğunu bildirib. Şikayətçinin sözlərinə görə, şiddətə məruz qaldığı belə insidentlərdən biri zamanı övladını itirib.
O, 17 ay birgə yaşadıqdan sonra ABŞ-da qaldıqları villadan qaçmağa qərar verib. Məlumata görə, qadının valideynləri və qohumları dəfələrlə ona polisə müraciət etməyi tövsiyə ediblər, lakin o, Bakıya qaçaraq xilas olub.
Qeyd olunub ki, Pənahovun oğlu Bakıda olan həyat yoldaşına zəng edərək onu hədələyib. Nəticədə qadın boşanma iddiası ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib.
Məlumat üçün bildirək ki, cütlük 2022-ci il iyunun 28-də Bakıda ailə həyatı qurub, daha sonra Los-Ancelesə köçüb.