Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əmək pensiyalarının indeksləşdirilməsi haqqında 5 fevral 2025-ci il tairixli sərəncamı və bu yöndə sosial xarakterli digər məsələlərlə bağlı bizə ünvanlanan çoxsaylı suallara cavab olaraq bildiririk ki:
1.Sözügedən həmin sərəncamın 1.1-ci maddəsinə əsasən 2025-ci il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən,2024-cü il üzrə orta aylıq əməkhaqqının illik artım səviyyəsinə uyğun olaraq 8,1 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırıldı. Pensiya artımı əmək pensiyalarının hər üç növündə,yəni yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası alanlara şamil edilir və 1,1 milyona qədər pensiyaçını əhatə edir.
Dediklərimizi misallarla konkretləşdirsək,keçən il median pensiya səviyyəsində, yəni 360 manat pensiya alanların pensiyası bu il 29 manat 16 qəpik artaraq 389 manat 16 qəpiyə, 400 manat pensiya alanların pensiyası 32 manat 40 qəpik artaraq 432 manat 40 qəpiyə,500 manat pensiya alanların pensiyası 40 manat 50 qəpik artaraq 540 manat 50 qəpiyə çatdırıldı və sair.
Pensiyaçılar bu ilin yanvar ayında da əvvəlki məblığdə pensiya aldılar.Çünki pensiyaların indeksləşdiriləsində əsas götürülən 2024-cü ilin orta əmək haqqının artım tempinə dair yeku göstərici yanvarda yox, fevralda məlum olur.Ona görə də pensiyaçılar artan pensiyalarını yanvar ayının artımı da daxil olmaqla bu ay,yəni fevral ayında alacaqlar.Məsələn,360 manat pensiya alanların fevral ayında yanvar-fevral ayları üzrə ikiaylıq artımı nəzərə almaqla 418 manat 32 qəpik pensiya alacaq.Mart ayından başlayaraq isə yalnız 29 manat 16 qəpiklik artımla,yəni 389 manat 16 qəpik alacaqlar.
2. Sərəncamın 1.2-ci maddəsinə əsasən 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalının 2024-cü ilin rəsmi inflyasiya göstəricisinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsi 2,2 faiz artırıldı.
3.Bunlaradan əlavə digər sualları da ümumiləşdirərək bildiririk ki:
– 23 dekabr 2024-cü il tarixli xüsusi Prezident Sərəncamına uyğun olaraq, fevralın 1-dən minimum pensiya 14,3 faiz artırılaraq 280 manatdan 320 manata çatdırılıb;
– 2025-ci ilin yanvarından minimum əməkhaqqı 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb.Buna uyğun olaraq 19 pilləli Vahid Tarif Cədvəli əsasında maaş alanların əmək haqqları da 2,2-16 faiz intervalında artırılıb.
4.Yaşa görə müavinət,veteran pulu və digər müavintlər barədə yenədə onu deyə bilərik ki, 23 dekabr 2024-cü il tarixli xüsusi Prezident sərəncamına uyğun olaraq Nazirlər Kabineti sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində,yəni martda hazırlayıb ölkə Prezidentinə təqdim edəcək.Həmin sənəd hazır olandan sonra müavinətlərin də nə qədər artırılacağına aydınlıq gətiriləcək.Müavinət,təqaüd və sairin artımı 1 milyon nəfərdən artıq vətəndaşımızı əhatə edəcək.
5.Ümumiyyətlə isə əmək haqqı,pensiya, müavinət və sairin artımı ümumulikdə 3 milyon vətəndaşımızı əhatə edəcək.Bu sosial paketin maliyyə tutumu 1,4-15 milyard manat qiymətləndirilir.
Əhalinin güzəranını yaxşılaşdırmaqdan ötrü inflyasiyaya qarşı tədbirləri gücləndirməklə əmək haqqı,pensiya,müavinət və digər ödənişlərin artırılmasının davam etdirilməsi çox vacibdir.Yəqin ki,imkanlar genişləndikcə, əmək haqqı,pensiya,müavinət və digər ödənişlərin artırılması istiqamətində növbəti addımlar da atılacaq.
Əli Məsimli
Milli Məclisin deputatı 

media-728x90banner

Bənzər xəbərlər