Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

XALQ.AZ məlumat verir ki, iclasda çıxış edən millət vəkili,Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva dövlətin sosial sahədə həyata keçirtdiyi uğurlu siyasət haqqında danışaraq, bu sahədə əldə edilən inqilabi dəyişikliklərin əhəmiyyətini vurğulayıb. Millət vəkili eyni zamanda, həyata keçirilən məşğulluq, özünəməşğulluq, əlilliyə görə müavinətlərin verilməsi kimi proqramların daha effektiv işləməsinə ehtiyac olduğunu bildirərək, bu sahədə boşluqların aradan qaldırılması üçün ictimai dinləmələrin keçirilməsini, bu dinləmələrin bir neçəsinin bölgələrdə keçirilməsinin vacibliyini vurğulayıb. Jalə Əliyeva deyib: “Çoxumuz millət vəkili olaraq bölgələri təmsil edirik. Mərkəzdən bölgələrə, ucqarlara doğru getdikcə, sosial sahədə, xüsusilə məşğulluq, özünə məşğulluq, əlilliyə görə müavinətlərin təyin edilməsi üzrə dövlət proqramlarının tam gücüylə işləmədiyinin, əhali ilə bəzi əlaqədar qurumlar arasında rabitədə çətinliklər yarandığının şahidi oluruq. Bu axsamaların səbəbinin elə yerindəcə öyrənilməsinə və qanunvericilik baxımından həllinə ehtiyac var”. Sonra gündəlikdəki digər məsələ – “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanun layihəsinə ediləcək əlavə və dəyişikliklərdən bəhs edən millət vəkili Jalə Əliyeva, bu qəbildən olan uşaqlara işə düzələrkən, birdəfəlik yardım kimi dövlət tərəfindən verilməsi nəzərdə tutulan 6000 manata qədər vəsaiti növbəti humanist bir addım olaraq dəyərləndirib. Millət vəkili eyni zamanda, bu qəbildən olan uşaqların internat məktəblərindən məzun olduqdan sonra işlə təmin edilməsində əlaqədar qurumlar tərəfindən öncəlilik prinsipinə riayət edilməsinin vacibliyini bildirərək deyib: “Bu dün işədüzəlmədə, vakant yerlərin tutulmasında şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına dövlət tərəfindən öncəlik tanınır. Bu siyasətin davamı kimi, dövlətin himayəsində olan valideynsiz gənclərimizə də, işlə təmində güzəştlər edilməsi onların gələcək taleyinin müəyyənləşməsi və beləliklə ölkənin genofondunin sağlamlaşması baxımından əhəmiyyətlidir”.


media-728x90banner

Bənzər xəbərlər