Xəbər verdiyimiz kimi millət vəkili Musa Quliyev Kişinyeu şəhərində səfərdədir. Milli Məclisin deputatı Musa Quliyev  Kişinyeu şəhərində səfəri ilə bağlı məlumat verib.

XALQ.AZ  xəbər verir ki, millət vəkili  bildirib ki, Kişinyeu şəhərinə səfərimiz çərçivəsində ölkəmizin Moldova Respublikasındakı səfirliyini və Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdik. Moldovadkı səfirimiz  Ülvi Baxşəliyevlə, səfirliyimizin əməkdaşları ilə, eləcə də uzun illər bu ölkədə yaşayan , böyük hörmət və nüfuz qazanmış eloğlumuz Vüqar Novruzolva görüşdük. Hazırda Moldovada iki minə yaxın soydaşımız yaşayır, yerli əhali ilə sıx inteqrasiya etmiş uğurlu diasporumuz fəaliyyət göstərir. Səfir Ülvi Baxşəliyev bu ölkədə bir ildən az müddətdə çalışmasına baxmayaraq təcrübəli diplomat kimi ölkələrimiz arasındakı münasibətlərin daha da yaxınlaşması üçün xeyli işlər görmüşdür. Moldova kiçik dövlət olmasına rəğmən Avropaya çıxışımız baxımdan etibarlı körpü rolunu oynaya bilər.

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Moldovada prezident seçkilərini müşahidə  edib.


media-728x90banner

Bənzər xəbərlər