Millət Vəkili Rüfət Quliyev seçicilərlə görüşüb
Millət Vəkili Rüfət Quliyevin seçki qərargahında baş tutan görün pandemiya şəraitinin tələbləri ciddi şəkildə qorunmaqla həyata keçirildi. İlk olaraq seçicilərini salamlayan Rüfət Quliyev seçicilərini dirçəliş günü münasibətiylə təbrik etdi. Son 1 həftə ərzində Milli Məclisdə keçirilən müzakirələr barədə məlumatlandırdı. Qeyd etdi ki, Millət Vəkilləri 2022-ci ilin büdcəsinin qəbulunu aktiv şəkildə həyata keçirib və növbəti ilin büdcəsi həm ən böyük büdcə, eyni zamanda ciddi sosial dəstək mexanizmlərini özündə əks etdirir. Seçiciləri narahat edilən məsələlər fürsətdən istifadə edilərək hökümət üzvlərinin diqqətinə çatdırılıb.
Daha sonra görüşdə iştirak edən şəhid ailələri, vətən müharibəsi iştirakçıları və digərləri ayrı-ayrılıqda dinlənildi. Hər bir problem dinlənilərək dərhal reaksiya verildi. Bir sıra məsələlər dərhal yerində həll edildi. Əlavə müzakirə və araşdırılması tələb olunan məsələlərin qeydiyyatı aparıldı və Rüfət Quliyev seçki qərargahının əməkdaşlarına müvafiq sorğuların hazırlanması tapşırığı verdi. Millət Vəkili qeyd etdi ki, ölkə başçısı İlham Əliyevin vətəndaşlara qarşı xüsusi diqqəti hər bir millət vəkili üçün nümunədir və millət vəkili olaraq əsas missiyası seçiciləri ilə dövlət orqanları arasında effektiv münasibətlərin qurulmasından ibarətdir.













