Milli Məclisin deputatları  Əminə Ağazadə və Sevil Mikayılova Cenevrədə beynəlxalq iclaslarda iştirak edirlər.
XALQ.AZ xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin tərkibində 13-17 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində keçirilən Beynəlxalq Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında iştirak edirlər. BPİ-nin bütün orqanları, o cümlədən İdarəetmə Şurası, Daimi Komitələr, Parlamentarilərin İnsan Hüquqları və Yaxın Şərq Məsələləri üzrə Komitələri, həmçinin Qadın Parlamentarilər Forumu və Gənc Millət vəkilləri Forumu bu münasibətlə bir araya gəlib. Milli Məclisin deputatları  Qadın Parlamentarilər Bürosunun, Qadın Parlamentarilər Forumunun və Avrasiya Qrupunun iclaslarında iştirak edib.

media-728x90banner

Bənzər xəbərlər