Millət vəkilləri Fəxri Xiyabanda-Fotolar
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür.
XALQ.AZ məlumat verir ki, Milli Məclisin deputatları müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.