Azərbaycanda Ramazan bayramı qeyd edilir.
Milli Məclisin deputatları sosial hesablarında bayram təbrikləri paylaşıb.
XALQ.AZ millət vəkillərinin təbriklərini təqdim edir:
*****

Rəşad Mahmudov
Millət vəkili
Ramazan — təkcə təqvimdəki bir ay deyildi, ruhumuzun dincəldiyi, qəlblərimizin sükun tapdığı bir məqam oldu. Hər iftarda paylaşdığımız bir tikə ruzi, hər sahurda edilən dua, hər susqun gecədə çəkilən zikr bizi bir az da özümüzə qaytardı.
İndi bu müqəddəs ayla vidalaşarkən içimizdə həm bir hüzur, həm də bir təəssüf var — bitməsini istəmədiyimiz bir ruhi səfəri geridə qoyuruq.
Diləklərim odur ki, bu ayda qazandığımız dəyərlər – səbir, mərhəmət, şükür və sevgi – gündəlik həyatımızda itməsin. Ramazanın bizə bəxş etdiyi işıq, yolumuzu aylar boyu aydınlatmağa davam etsin.
Bayramınız mübarək olsun, əziz dostlar, dəyərli həmvətənlər!
*****

Jalə Əliyeva
Millət vəkili
Əziz dostlar, dəyərli seçicilər!
Müqəddəs Ramazan bayramı münasibətilə sizləri təbrik edir, hamınıza uğur, firavanlıq, xoşbəxtlik arzulayıram.
Tanrı ölkəmizi, xalqımızı, dövlətimizi bütün bəlalardan qorusun!
Tutduğumuz oruclar, etdiyimiz dualar qəbul olsun! Amin!
*****
Aydın Hüseynov
Millət vəkili
Əziz dostlar,hörmətli seçicilər!
Hər birinizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, möhkəm can sağlığı, xoşbəxtlik və bol ruzi- bərəkət arzu edirəm. Qoy bu əziz bayram xalqımıza və dövlətimizə firavanlıq gətirsin!
****
Nəsib Məhəməliyev
Millət vəkili
İslam dünyasının iki müqəddəs bayramlarından biri, Ramazan Bayramı münasibəti ilə hər birinizi təbrik edir, Uca Allahdan tutduğunuz orucların, qıldığınız namazların, dualarınızın qəbul olunmasını diləyirəm. Ailələrinizə rifah, Vətənimizə əmin-amanlıq arzulayıram.
Bayramınız mübarək!
****
Məlahət İbrahimqızı
Millət Vəkili
Əziz və çox dəyərli Seçicilərim,
Qiymətli Şəhid və Qazi Ailələri,
Sizi, ailənizi və yaxınlarınızı Müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı və uzun ömür arzulayıram. Allah bütün dualarımızı qəbul etsin, hər birinizin ürəyinizdəki bütün arzularınızı gerçəkləşdirsin. Allah xalqımıza, dövlətimizə, Dövlətimizin Başçısına və Onun Silahdaşına bundan sonra da neçə belə hüzurlu və qürurlu Ramazan bayramları nəsib etsin. Amin!
****
Ülvi Quliyev
Millət vəkili
Ramazan Bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edirəm! Bu mübarək bayram günlərində Vətənimizə əmin-amanlıq, xalqımıza rifah və birlik arzu edirəm. Bayram süfrələriniz ruzi-bərəkətlə, qəlbləriniz sevgi və mərhəmətlə dolsun.
Allah dualarınızı qəbul etsin, ailələrinizə xoşbəxtlik və firavanlıq bəxş etsin! Ramazan Bayramınız mübarək olsun!
****
Ülviyyə Həmzəyeva
Millət vəkili
Əziz dostlar!
Sizi dünya müsəlmanlarının böyük təntənə ilə qeyd etdiyi mübarək Ramazan bayramı münasibəti ilə ürəkdən təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi, xeyir-bərəkət və ən xoş diləklərimi yetirirəm!
Allah ölkəmizə sülh və əmin-amanlıq nəsib etsin, insanlardan sevgisini, qəlbimizdən isə mərhəmət hissini əskik etməsin!
Bayramınız mübarək olsun!
*****

Şahin Seyidzadə
Millət vəkili
Əziz dostlar və seçicilər,
Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, bu ayda Allahdan oruc və dualarınızın qəbul olunmasını arzulayıram.
*****

Məşhur Məmmədov
Millət vəkili
Daha bir Ramazan ayının sonuna gəldik.
Hörmətli həmvətənlər!
Sizi və ailələrinizi müqəddəs Ramazan Bayramı münasibətilə təbrik edirəm! Bu mübarək günlərdə Uca Tanrıya edilən duaların, tutulan orucların, görülən xeyirxah işlərin qəbul olunmasını diləyirəm. Ramazan Bayramı insanlar arasında mərhəməti, birlik və həmrəyliyi, paylaşmağı və qayğıkeşliyi təbliğ edir, Ramazan ayı nəfsə sahib olmağı öyrədir.
Bu bayram hər bir ailəyə sevinc, ruzi-bərəkət, sağlamlıq və firavanlıq gətirsin! Xalqımızın rifahı, dövlətimizin inkişafı və ölkəmizdə əmin-amanlığın daim olması arzusu ilə Ramazan Bayramınız mübarək olsun!
*****

Əminə Ağazadə
Milli Məclisin deputatı
Əziz bacılar və qardaşlar! Hörmətli seçicilər!
Hər birinizi müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, ailələrinizə ruzi-bərəkət arzulayıram.
Bayramınız mübarək!
*****
Elnarə Akimova
Milli Məclisin deputatı
Bir mübarək ayın da sonuna gəldik. Ramazan gözəlliyini doya-doya yaşadıq. Allah oruclarınızı qəbul, arzularınızı çin, dualarınızı hasil eləsin! Onsuz da Allah hər qəlbi eşidən, duyandır. Yetər ki, onu fərah tutmağı bacaraq. İşığınız daim yanar, ocağınız bərəkətli olsun! Hər kəsi təbrik edir, xoş sabahlar arzulayıram! Tanrı xalqımızı da, dövlətimizi də qorusun və daim uca eləsin!
****

Pərvin Kərimzadə
Millət vəkili
Dəyərli həmvətənlər! Əziz bacı və qardaşlar!
Sizi dünya müsəlmanlarının mənəvi kamillik, həmrəylik və birlik rəmzi olan müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm.
ALLAH etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin.
*****
Göydəniz Qəhramanov
Millt vəkili
Sizi müqəddəs Ramazan Bayramı münasibətilə təbrik edir, tutduğunuz orucun, etdiyiniz duaların Allah dərgahında qəbul olmasını diləyirəm. Bu müqəddəs bayramda Sizə xoşbəxtlik, huzur və cansağlığı arzulayıram.
*****
Soltan Məmmədov
Millət vəkili
Əziz dostlar!
Müsəlman dünyasının müqəddəs bayramlarından olan Ramazan bayramı münasibətilə hər birinizi təbrik edirəm. Allah tutulan oruclarınızı və edilən dualarınızı qəbul etsin.
****
Əli Məsimli
Millət vəkili
Əziz dostlar,sizin hər birinizi və sizlərin timsalında bütün həmvətənlərimi,ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızı iradə qüvvəsinin,əzmliyin, dözümlüyün,xeyirxahlığın,mərhəmət duyğularının təntənəsi olan və insanı mənəvi bir ucalığa daşıyan Müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir,hər birinizə,ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu on bir ayın sultanı Mübarək Ramazan xalqımız və hər birimiz üçün hər cəhətdən düşərli olsun.Сanınız sağ, işləriniz avand,uğurlarınız davamlı və həyatda yaxşı nə varsa,ən yaxşıları nəsibiniz olsun!
Azərbaycanımızın müstəqilliyi,torpaqlarımızın düşmən tapdağından azad edilməsi,ərazi bütövlüyümüz və süverenliyimiz uğrunda canından keçib uca şəhidlik məqamına yüksəlmiş bütün qəhrəman Vətən övladlarının xatirəsini bir daha dərin ehtiramla yad edir, ailələrinə səbr diləyir, qazilərimizə şəfalar, can sağlığı arzu edirəm! Hər şeyə qadir Allah Təala Vətənimizi qoruyan əsgər və zabitlərimizi qorusun,onların öz müəddəs missiyalarını həyata keçirməkdə hər zaman yardımçısı olsun!
Bütün dua,ibadət və xoş niyyətlərimiz Tanrı dərgahında qəbul edilsin!
Ramazan bayramınız mübarək olsun!
****
Könül Nurullayeva
Millət vəkili
Ramazan ayı insanları xeyirxah əməllərə, birlik və bərabərliyə dəvət edən, nəfs üzərində qələbənin sevincini yaşadan mübarək aylardandır. Mən də müqəddəs Ramazan bayramı münasibətilə bütün müsəlman aləminə səmimi təbriklərimi çatdırır, mərhəmət və şəfqət rəmzi olan bu bayramda tutulan oruclarınızın, edilən dua və niyyətlərinizin qəbul olunmasını diləyirəm. Ramazan bayramınız mübarək olsun!
*****
Nizami Səfərov
Millət vəkili
Sizi və ailələrinizi mübarək Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə sağlamlıq, bol ruzi-bərəkət və xoşbəxtlik arzulayıram. Dualarınızın qəbul olunmasını, evinizin həmişə sevinc və xoş günlərlə dolu olmasını diləyirəm.
Bayramınız mübarək!
****
Fatma Yıldırım
Millət vəkili
Əziz həmvətənlər!
Ramazan bayramı münasibətilə bütün İslam aləmini səmimi qəlbdən təbrik edir. Bu müqəddəs bayramın sizə bolluq, ruzi, sağlamlıq və xoşbəxtlik gətirməsini arzulayıram. Qoy dualarınız qəbul olsun, evinizə sevgi və bərəkət dolsun.
Ramazan bayramınız mübarək!