Millət vəkillərinin təbriki
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.
XALQ xəbər verir ki, Qurban bayramı ən müqəddəs bayramlardan biri sayılır.
Millət vəkilləri sosial hesablarında bayram təbriki paylaşıblar.
Deputatların təbriklərini təqdim edirik:
*****
İmamverdi İsmayılov
Millət vəkili
Müqəddəs bayramda bizim əsas duamız həmişə Qarabağımızn azad edilməsi olub. Ulu öndər Heydər Əliyev müqəddəs Kəbə evini ziyarət edərkən Allaha dua edirdi ki, Qarabağ tezliklə işğaldan azad olunsun, biz öz doğma torpaqlarımıza qayıdaq.
Cənab Prezident İlham Əliyev və Mehriban Əliyeva, ailə üzvləri də həmişə Qurban bayramının Qarabağda, Şuşada qeyd olunmasını dua edirdilər.
Onların və hər birimiin arzu və niyyətləri qəbul olundu və Uca Yaradan bu müqəddəs bayramı Qarabağda keçirməyi də bizə nəsib etdi.
Azad, suveren, bütöv Azərbaycanımızın hər bir guşəsində Qurban bayramı böyük qürurla, sevgilə qeyd edilir.
Bu xoşbəxtliyi daimi edən dövlət-xalq birliyimiz hələ bizə çox qalibiyyətlər nəsib edəcəkdi.
Bayramınız mübarək!
******
Rəşad Mahmudov
Millət vəkili
Qurban Bayramı — sevginin, mərhəmətin və paylaşmağın, Allaha yaxınlığın rəmzidir. Bu mübarək gündə kəsilən qurbanlarınız uca niyyətlərlə qəbul olunsun, evlərinizə bolluq, süfrələrinizə ruzi, qəlblərinizə isə huzur və səadət dolsun.
Bayramın gətirdiyi mənəvi dəyərlər ailələrimizdə birliyi, cəmiyyətimizdə həmrəyliyi daha da gücləndirsin. Uşaqların sevincini, böyüklərin duasını eşidəcəyimiz, dostluğun və qardaşlığın yaşandığı bir bayram keçirməyinizi arzu edirəm.
Bayramınız mübarək olsun!
Allah dualarınızı və qurbanlarınızı qəbul etsin!
*****
Arzu Nağıyev
Millət vəkili
Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm! Müqəddəs bayram əzizlərinizə can sağlığı, xoşbəxtlik, süfrələrinizə ruzi, xeyir-bərəkət gətirsin.
Bayramınız mübarək olsun!
****
Fatma Yıldırım
Millə təvkili
Əziz həmvətənlər!
Sizi və doğmalarınızı Uca Yaradanın mərhəmət və bərəkətini simvolizə edən müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Qurban bayramı – həm mənəviyyatın, həm də mənəvi ucalığın bayramıdır. Bu bayram bizə paylaşmağı, mərhəmətli olmağı, ehtiyacı olanı unutmamağı öyrədir. Ocaqlarımıza nur, könüllərimizə sevgi, cəmiyyətimizə həmrəylik gətirən bu mübarək günlər, xalqımızın əsrlərdir qoruyub yaşatdığı dini və milli dəyərlərin parlaq ifadəsidir.
Bu il Qurban bayramını xalq olaraq qalib ruhla, daha güclü, daha əzmkar qarşılayırıq. Dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi ədaləti bərpa edib, ərazi bütövlüyümüz bərqərar olunub. Bu müqəddəs bayram günlərində işğaldan azad olunmuş torpaqlarımızda səslənən azanlar, kəsilən qurbanlar və yüksələn bayrağımız hər birimizin ürəyində qürur hissi yaradır.
Qoy bu bayram süfrələri bolluqla, evləriniz xoşbəxtliklə, qəlbləriniz iman və sevgi ilə dolsun. Uca Allah kəsilən qurbanları qəbul etsin, dualarımızı eşitsin və millətimizi həmişə ucalarda saxlasın.
Bu müqəddəs gündə şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə, hərbçilərimizə və bütün vətəndaşlarımıza rifah və möhkəm can sağlığı arzulayıram.
Qurban bayramınız mübarək olsun, əziz Azərbaycan xalqı!
*****
Ülviyyə Həmzəyeva
Millət vəkili
Dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban Bayramı
münasibəti ilə ürəkdən təbrik edir, bu əziz bayram günlərində, Sizə və doğmalarınıza can sağlığı, səadət arzu edirəm.Bu müqəddəs günlərdə Allah təala hər hansı bir çətinlikdən açılan əllərinizi boş qaytarmasın!
Allah qurbanlarınızı, dualarınızı qəbul eləsin!
Allah hər daima Azərbaycan Xalqının və Dövlətinin üzərində olsun!
******
Göydəniz Qəhramanov
Millət vəkili
Qurban bayramınız mübarək!
Bu mübarək gündə hər birinizə can sağlığı, bol ruzi-bərəkət və uğurlar arzulayıram.
****
Jalə Əliyeva
Millət vəkili
Qurban bayramınız mübarək olsun! Tanrı sizləri, ailənizi, xalqımızı, ölkəmizi, prezidentimizi qorusun! Etdiyiniz dualar, kəsdiyiniz qurbanlar qəbul olsun! Amin!
***
Əminə Ağazadə
Millət vəkili
Müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə ruzi-bərəkət, xoşbəxtlik arzulayıram.
Bayramınız mübarək!
*****
Müqəddəs Qurban bayramı münasibətilə təbrik edirəm!
Sizə getdikcə çoxalan ruzi-bərəkət, səhhətli ömür, xoş müjdələrlə dolu həyat arzulayıram! Allah hər zaman xalqımızı uca, dövlətimizi qüdrətli eləsin!
Elnarə Akimova
Millət vəkili
*****
Vasif Qafarov
Millət vəkili
Müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, kəsdiyiniz qurbanların, etdiyiniz duaların Uca Yaradanın dərgahında qəbul olunmasını diləyirəm.
Birlik, bərabərlik, xeyirxahlıq və fədakarlıq rəmzi olan Mübarək Qurban bayramında xalqımıza rifah və əmin-amanlıq, hər birinizə bol ruzi-bərəkət və xoşbəxtlik arzulayıram.
Qurban bayramınız mübarək olsun!
*****
Ülvi Quliyev
Millət vəkili
Müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.
****
Səbinə Salmanova
Millət vəkili
Müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Qurban bayramı dini-mənəvi dəyərlərimizin, mərhəmət, paylaşma və həmrəylik ənənələrinin yaşadıldığı, insanlar arasında sevgi və birlik hisslərinin daha da gücləndiyi mübarək bir gündür. Bu bayram xalqımızın mənəviyyatını, birliyini və insani dəyərlərə bağlılığını əks etdirir.
Arzu edirəm ki, Qurban bayramı hər birinizin ailəsinə sevinc, ruzi-bərəkət və xoşbəxtlik gətirsin. Allah etdiyiniz duaları və ibadətləri qəbul etsin. Sumqayıtımızda və bütövlükdə Azərbaycanımızda əmin-amanlıq, rifah və inkişaf daim olsun.
Qurban bayramınız mübarək!