Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror olmasına razılıq verdi
Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verib.
XALQ.AZ-ın məlumatına görə, bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq qərar layihəsi müzakirə edilib.
Azərbaycan Konstitusiyasına əsasən, Prezidentin təqdimatı ilə Milli Məclis Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir.
Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti bu gün başa çatıb.










