media-mecc

Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçirilib.

XALQ  bildirir ki, spiker Sahibə Qafarova yaz sessiyasının yekunları ilə bağlı çıxış edib.

Bildirib ki, sessiya ərzində 65 qanun qəbul edilib, 8 beynəlxalq sənəd təsdiqlənib:

“Milli Məclis səlahiyyətlərini tam şəkildə həyata keçirib. Parlamentlə hökumət arasında konstruktiv əlaqə olub”.

Sahibə Qafarova qeyd edib ki, yaz sessiyasında 60 deputatın 32 ölkəyə 50 səfəri olub:

“Onlar 13 beynəlxalq təşkilatda çıxış ediblər. 41 ölkə və 8 beynəlxalq təşkilatın nümayəndələri, ümumilikdə 443 xarici qonaq Milli Məclisdə olub”.

Dövlət himninin oxunmasından sonra sessiya başa çatıb.


media-728x90banner

Bənzər xəbərlər