media-taxi

Azərbaycanda fəaliyyət göstərən taksi şirkəti külli miqdarda cərimə edilib.

XALQ    xəbər verir ki, “Milli Taxi” MMC 40 min manat cərimələnib.

Qeydiyyata alınmadan taksi fəaliyyəti göstərən şirkət Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən məhkəməyə verilib.

Yasamal Rayon Məhkəməsi MMC-nin 40 min manat cərimələnməsi barədə qərar çıxarıb. Lakin şirkət bu qərardan narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə üz tutub.

Apellyasiya Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 326-2.1-ci maddəsinə əsasən təyin edilmiş 40 min manatlıq cəriməni qüvvədə saxlayıb.

Qeyd edək ki, “Milli Taxi” MMC-nin   hüquqi ünvanı Xətai rayonu, General Şıxinski küçəsi, ev 1  VOEN 1309160621 fəaliyyət göstəririr.  


media-728x90banner

Bənzər xəbərlər