Mingəçevir İcra Hakimiyyətində FACİƏ
Mingəçevir şəhərində bədbəxt hadisə baş verib.
Şəhər icra hakimiyyətinin binasında aparılan təmir işində çalışan 1991-ci il təvəllüdlü Şükürov Emil Zakir oğlu yıxılaraq aldığı xəsarətdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
****
Mingəçevir Rayon İcra Hakimiyyətindən də hadisə ilə bağlı məlumatı təsdiqləyiblər. Bildirilib ki, gənc oğlanın dostları da yanında olub: “Binanın damından ehtiyatsızlıqdan yıxılaraq vəfat edib. Çox təəssüf edirik ki, belə bir hadisə baş verib”.
***
Mərhumla eyni ərazidə çalışan Əlvan Mehdiyev adlı fəhlə Teleqraf-a bildirib ki, Emil Şükürov çardaqda kəndiri bağlamaq üçün dəliyi axtararkən səhvən ayağını üstü görünməz olan dəliyin üzərinə basıb və elə oradan da yerə çırpılıb.
Mərhumun bacısı oğlu Əli Məmmədzadənin sözlərinə görə, dayısı bir qardaşını da vaxtsız itirib. Ailəsindən tək qalan mərhumun bir bacısı var, o da evlidir. Emilin özü ailəsindən boşanıbmış. Həmin evlilikdən iki uşağı – oğul və qız övladları var. Onlar hazırda Qazaxıstanda yaşayılar.