Mübariz Qurbanlı qəbul keçirəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyulun 30-da Qax rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Komitədən bildiriblər ki, qəbul iyulun 25-də keçiriləcək.
Qeyd edək ki, DQİDK sədrinin müavinlərinin keçirəcəyi vətəndaş qəbullarının tarixi dəyişilməz olaraq qalıb. Qəbullar 30 iyul tarixində Zaqatala və Balakən rayonlarında keçiriləcək.
Orxan










