Musa Quliyev Gəncədə seçicilərə görüləcək işlərdən danışdı
Gəncədə YAP namizədlərinin ” evdən- evə” seçkiqabağı təşviqat görüşləri davam edir.
Azərbaycan Respublikası Milli Məclisinə VII çağırış növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının 40 saylı Gəncə üçüncü seçki dairəsindən namizədi Musa Quliyevin seçicilərlə növbəti görüşü
dairə ərazisində Abbasqulu Məmmədov küçəsinin sakinləri ilə olmuşdur. Deputatlığa namizəd partiyasının və özünün seçki platforması barədə seçicilərə ətraflı məlumat vermişdir. Musa Quliyev YAP iqtidarı dövründə dövlətimizin və xalqımızın əldə etdiyi uğurları qeyd etmiş, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Milli Ordumuzun 44 günlük zəfər savaşı və 23 saatlıq antiterror əməliyyatı nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün tam təmin olunmasından sonra ölkəmizdə və bölgədə yeni reallıqların yarandığını vurğulamışdır. Görüşdə yeni dövrdə qarşıya qoyulan yeni hədəflərə çatmaq üçün YAP-ın öndərliyi ilə milli birliyimizin daha da möhkəmlənməsinin vacibliyi vurğulanmışdır. Səmimi şəraitdə keçən görüşdə seçicilər iqtidar partiyasına dərin inamlarını ifadə etmiş, Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu davamını bundan sonra da dəstəkləyəcəklərini bildirmişlər.
*****
Gəncə seçiciləri uğurlu inkişafın davamına səs verəcəklər
Azərbaycan Respublikası Milli Məclisinə VII çağrış seçkilərin təbliğat-təşviqat kompaniyası 40 saylı Gəncə üçüncü seçki dairəsində seçici fəallığı şəraitində davam edir. YAP-ın bu dairədən deputatlığa namizədi Musa Quliyevin öz seçiciləri ilə növbəti görüşündə gəncəlilər partiyamızın siyasi xəttini və seçki platformasını ürəkdən bəyəndiklərini və uğurlu inkişafın davamına səs verəcəklərini bildirmişlər.

















