Musa Quliyev iclasda Qanununda dəyişiklik edilməsi layihəsi barədə çıxış etdi
Oktyabrın 22-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
XALQ.AZ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.
İclasda gündəliyə daxil olan məsələdə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edərək “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsindən danışıb. O, sənəd barədə birinci və ikinci oxunuşda ətraflı məlumat verildiyini, əlavə təklifin daxil olmadığını deyib və səsə qoyulmasını xahiş edib. Layihə turizm və rekreasiya zonalarının ərazisində bəzi fəaliyyət növlərinin həyata keçirilməsinin qadağan edilməsi ilə əlaqədar hazırlanıb, onun qəbulu turizm və rekreasiya zonalarında xüsusi ekoloji mühitin qorunmasına, turizmin davamlı inkişafına xidmət edəcək deyə vurğulayıb.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.










