Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin xətti ilə Moldova Respublikasında keçiriləcək prezident seçkilərini müşahidə etmək məqsədi ilə oktyabrın 18-də Kişineu şəhərinə səfər edəcək.

XALQ.AZ xəbər verir ki, Komitə sədri seçki məntəqələrində aparılan hazırlıq işləri ilə yaxından tanış olacaq, səsvermə prosesini müşahidə edəcək. Səfər oktyabrın 21-də başa çatacaq.


media-728x90banner

Bənzər xəbərlər