Musa Quliyev plenar iclasda təqdim etdiyi bu qanunda dəyişiklik qəbul olundu
Aprelin 22-də Milli Məclisin 2025-ci ilin yaz sessiyasının növbəti plenar iclası keçirilib.
XALQ.AZ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.
İclasda gündəliyə daxil olan məsələdə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. Komitə sədri layihənin əvvəlki oxunuşlarda ətraflı müzakirə edildiyini, mətnində heç bir dəyişikliyin olmadığını deyib, sənədin üçüncü oxunuşda dəsklənməsini xahiş edib.
Layihədə çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətlərin səmərəliliyinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması, ünvanlılığının, eləcə də ehtiyacı olan şəxslərin bu xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə bir sıra dəyişikliklər təklif olunur.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.